İraq ordusu Mosulun şərqinin təxminən 80%-nə nəzarəti geri qaytarıb

80-85%-ni (Mosulun şərq hissəsinin - red.) geri qaytardığımızı söyləmək olar

  • 81

Bakı, Ceyhun Nəzərov, İnteraz - 11 Yanvar 2017, 18:00

İraq hərbçiləri Mosul şəhərinin şərq hissəsinin təxminən 80%-nə nəzarəti geri qaytarıblar.

İnterAz-ın xəbərinə görə, bu barədə “France Presse” agentliyinə əməliyyat nümayəndəsi Sabah ən-Numan məlumat verib.

“Düşünürəm, 80-85%-ni (Mosulun şərq hissəsinin - red.) geri qaytardığımızı söyləmək olar.”, - ən-Numan söyləyib. 

İraqın şimalında yerləşən Mosulun İŞİD terror təşkilatından azad edilməsi üzrə əməliyyat 2016-cı ilin oktyabrından davam edir. Terrorçular Mosulun şərqində bir çox rayonları itiriblər. Şəhərin Dəclə çayının digər sahilindəki qərb hissəsi isə hələlik onların nəzarəti altında qalmaqdadır.