Türkiyə parlamentində dava düşüb

Səsvermə üçün istifadə edilən qutular millət vəkilləri tərəfindən bir-birinə atılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 09:26

Türkiyə Böyük Millət Məclisinin (TBMM) konstitutsiya dəyişikliyi təklifinin müzakirələrində CHP-li millət vəkilləri kürsünü ələ keçirib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, AKP-li millət vəkili onları kürsüdən uzaqlaşdırmağa çalışıb. Bu zaman iki partiyanın millət vəkilləri arasında yumruqlu dava başlayıb. Bəzi millət vəkilləri yaralanıb.

Dava zamanı kürsüyə və səs sisteminə zərər dəyib. Kürsü yerindən çıxıb. Səsvermə üçün istifadə edilən qutular millət vəkilləri tərəfindən bir-birinə atılıb.

Gərginlik aradan qaldırılandan sonra maddə qəbul olunub. Maddənin lehinə 343, əleyhinə isə 7 səs verilib. Cümhuriyyət Xalq Partiyasından olan deputatlar səsvermədə iştirak etməyiblər.