Türkiyədə konstitutsiya dəyikliyi təklifinin beşinci maddəsi qəbul edilib

CHP-li millətvəkilləri səsvermədə iştirak etməyib

  • 1

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 10:15

Türkiyə Böyük Millət Məclisində konstitutsiya dəyişikliyi təklifinin parlamentin vəzifə və səlahiyyətlərinin sıralandığı beşinci maddəsi 343 səslə qəbul edilib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təklifin əleyhinə 7 səs verilib.

Gizli səsvermədə 354 millət vəkili iştirak edib. Səsvermənin lehinə 343, əleyhinə 7 səs verilib. Qutudan 3 boş, bir keçərsiz səs çıxıb. CHP-li millətvəkilləri səsvermədə iştirak etməyib.