Pentaqon: Rusiya Suriyaya əlavə zərbə aviasiya qüvvələri göndərib

Mənbələrdən biri təyyarələrin İranda yanacaq doldurduğunu bildirib

  • 4

Bakı, Ceyhun Nəzərov, İnteraz - 12 Yanvar 2017, 14:56

Rusiya Suriyaya əlavə zərbə aviasiya qüvvəsi göndərib.

İnterAz-ın xəbərinə görə, bu barədə “Fox News” televiziya kanalı Pentaqon rəhbərliyindəki iki mənbəyə istinadla məlumat verib.

Məlumata əsasən, Rusiya ötən həftə Suriyadakı "Xmeymim" aviabazasına 4 ədəd "Su-25" hücum təyyarəsi göndərib.

Mənbələrdən biri təyyarələrin İranda yanacaq doldurduğunu bildirib.

“Onlar (rusiyalılar) söyləyirlər ki, qoşunlarını çıxarırlar, lakin biz buna dair heç bir təsdiq görmürük. Bunun əksinə olaraq yeni texnika gətirilməsini müşahidə edirik.”, - kanalın həmsöhbətlərindən biri deyib.