İran istehsalı olan “Satıcı” filmi “Oskar” mükafatına layiq görülüb

Bu Əsgər Fərhadinin ikinci “Oskar” mükafatıdır

Bakı, Nazilə Xaqani, İnteraz - 27 Fevral 2017, 12:32

Fevralın 27-də “Oskar” mükafatının 89-cu təqdimetmə mərasimi keçirilib.

İnterAz xəbər verir ki, iranlı rejissor Əsgər Fərhadi “Satıcı” filminə görə “Ən yaxşı xarici film” nominasiyasında mükafatlandırılıb.

Bu Əsgər Fərhadinin ikinci “Oskar” mükafatıdır. Fərhadi 2012-ci ildə “Ayrılıq” filmi ilə ən yaxşı xarici film nominasiyası üzrə “Oskar” qazanmışdı.

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif iranlı rejissor Əsgər Fərhadinin “Satıcı” filminin “Oskar” mükafatı qazanması münasibəti ilə təbrik edib.


Zərif “
Twitter” hesabından etdiyi açıqlamasında ““Satıcı” filminin yaradıcı heyəti ilə “Oskar” qazandıqları və müsəlmanların ABŞ-a girişinin qadağası qarşısında dayandıqları üçün, qürur duyuram. İranlılar min illərdir mədəniyyət və sivilizasiyanın beşiyi kimi təmsil olunur”, - deyib.

Qeyd edək ki, “Satıcı” filmi Kann film festivalında da ən yaxşı film mükafatını qazanıb.