Yarasanın yemək yemə anı

Yarasa yeganə uçan məməli heyvandır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 01 Sentyabr 2014, 13:47

Yarasa yeganə uçan məməli heyvandır. Tailandda uzunluğu 3 sm, çəkisi 2 qr olan yarasa vardır. Bu, məməli heyvanlar arasında ən kiçiyidir. İri yarasalar da vardır ki, bunlara "uçan itlər" də deyirlər. Belə yarasalar qanadlarını açdıqda 1,5 m-ə çatır. Bağlara və bağçalara ziyan vurur, hətta insanlara da hücum edir.

Yarasaların da heyvanlar kimi iki uzun qulağı, dişləri və kürkü var. Yarasa da onlar kimi uşaq doğur, uşağına süd verir, bövl edir. O, yol gedəndə dörd əli və ayağı ilə gedir. Bütün bu xüsusiyyətlər heç biri quşlarla uyğun gəlmir. Yarasa insan üçün çox faydalıdır. Hətta peynindən də dərman düzəltmək üçün istifadə olunur.

Yarasalar əsasən gecələr ov edirlər və əksər insana onun ovunu necə yeməsi bəlli deyil. Təqdim edəcəyimiz videoda bu kadrları aşkar görə bilərsiniz. 

 


Yarasanın Yemek Yeme Anı nasilyaptik