Həsən Ruhani sel fəlakəti səbəbi ilə Təbrizə səfər edib

Ruhani sel fəlakəti ilə meydana çıxan problemlərlə yaxından maraqlanacaq

  • 3

Bakı, Nazilə Xaqani, İnteraz - 19 Aprel 2017, 11:51

İran prezidenti Həsən Ruhani ölkənin Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizə səfər edib.

İnterAz “
Mehrnews”a istinadən xəbər verir ki, prezident selin ziyan vurduğu yerləri ziyarət edəcək. Ruhani sel fəlakəti ilə meydana çıxan problemlərlə yaxından maraqlanacaq.

Eyni zamanda səfər çərçivəsində bir neçə tikinti layihəsinin açılışını edəcək.