Tehranda Beynəlxalq Quran Hafizləri Müsabiqəsi başlayıb

Hər il keçirilən bu müsabiqədə iştirak edənlər yüksək qiymətləndirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 20 Aprel 2017, 12:28

İranda 34-cü Beynəlxalq Hafizlik və Qurani Kərimi gözəl oxumaq müsabiqəsi İran parlamentinin sədri Əli Laricaninin iştirak etdiyi mərasimlə başlayıb.

İnterAz “Mehr
news”a istinadən xəbər verir ki, 7 gün davam edəcək müsabiqəyə bu il 83 ölkədən 276 nəfər qatılıb.

Hər il keçirilən bu müsabiqədə iştirak edənlər yüksək qiymətləndirilir.

Bu müsabiqənin açılış və mükafatlandırma mərasimləri hər il yüksək səviyyəli səlahiyyətlilərin iştirakı ilə reallaşır.