Türkiyə və ABŞ prezidentləri mayın 16-17-də görüşəcək

Türkiyə ilə ABŞ-ın ikitərəfli iqtisadi əlaqələrində ticarət həcmini 50 milyard dollar səviyyəsinə çıxarmağın vacibliyi vurğulanıb

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Aprel 2017, 11:11

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trmapla 16-17 mayda görüşəcəyini açıqlayıb.

İnterAz-ın məlumatına görə, “A
news” televiziyasına müsahibə verən Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı ilə görüşün tarixini açıqlayıb.

“Tarix indi müəyyən edilib. Hesab edirəm ki, 15-16 mayda Çinə gedəcəm. Çindən ora gedəcəm. Hər halda 16-17 may görüş tariximiz olacaq. Yəni Çindən 15 mayda çıxıb, birbaşa Amerikaya”, - Ərdoğan qeyd edib.

Türkiyə ilə ABŞ-ın ikitərəfli iqtisadi əlaqələrində ticarət həcmini 50 milyard dollar səviyyəsinə çıxarmağın vacibliyini vurğulayan Türkiyə prezidenti ABŞ səfərinin “bərəkətli və məqsədəuyğun” olacağını deyib.