Tramp: İran müqavilənin ruhuna uyğun hərəkət etmir

Biz məsələni çox ciddi bir şəkildə təhlil edirik

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Aprel 2017, 11:43

İran nüvə müqaviləsinin ruhuna uyğun rəftar etmir. Bu cür rəftar etməyə məcburdur, amma etmir.

İnterAz “PressTv”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp İtaliyanın baş naziri Paolo Centiloni ilə Ağ Evdə təşkil edilən mətbuat konfransında məlumat verib.

“İmzalanan müqavilə ilə bağlı çox böyük pislik edirlər. Bərbad bir müqavilədir. Əsla imzalanmamalı idi. Müzakirə edildiyi formada müzakirə edilməməliydi. Mən bütün müqavilələrin tərəfdarıyam, amma bu çox pis müqavilədir, gördüyü, imzalanmış ən pis müqavilədir. Onlar müqavilənin ruhuna uyğun hərəkət etmirlər. Biz məsələni çox ciddi bir şəkildə təhlil edirik və yaxın zamanda bu məəslə ilə bağlı sözümüz olacaq”, - Tramp bildirib.

İran və P5+1 ölkələri intensiv danışıqlardan sonra 2015-ci ilin iyul ayında nüvə müqaviləsi imzalamışdı. İran nüvə proqramı ilə bağlı məhdudiyyətlər tətbiq etmiş, bunun qarşılığında isə ölkəyə tətbiq olunan iqtisadi sanksiyalar aradan qaldırılmışdı.