Türkiyədə baş vermiş qəzada ölənlərin sayı 23-ə çatıb

Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri göndərilib

  • 51

Bakı, Nazilə Xaqani, İnteraz - 13 May 2017, 14:58

16:22:46

Türkiyədə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 23-ə çatıb.

İnterAz “Anadolu”ya istinadən xəbər verir ki, avtobus 15 metr hündürlükdən uçuruma düşüb. Qəza ilə bağlı məlumat verən, Muğla valisinin köməkçisi Kamil Köten 11 nəfərin yaralandığını açıqlayıb. 

14:58:52


Türkiyədə turist avtobusunun qəzaya uğraması nəticəsində 17 nəfər vəfat edib.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qəza nəticəsində 13 nəfər də yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri göndərilib.

Sərnişinlərinin əksəriyyəti qadın və uşaq olan avtobus İzmirdən Marmarisə doğru hərəkət edirmiş.