İran XİN Türkiyə ilə sərhəddə divar tikilməsinə münasibət bildirib

Sərhədin təhlükəsizliyi həm İran, həm Türkiyə üçün vacibdir və bununla əlaqədar hər iki ölkə tərəfindən lazımi səy göstərilməlidir

  • 26

Bakı, Nazilə Xaqani, İnteraz - 15 May 2017, 13:10

Türkiyənin İran sərhədinə divar tikmək layihəsinə münasibət bildirən İranın XİN-in sözçüsü Bəhram Qasimi bunu müsbət qarşılayacaqlarını bildirib.

İnterAz xəbər verir ki, mətbuat konfransında “DHA”nın sualını cavablayan Qasimi Türkiyənin divar hörmək fikrini İranla da paylaşdığını və bunu müsbət qarşıladıqlarını ifadə edib.

“Divar sərhədin sıfır nöqtəsində inşa edilməyəcək və Türkiyə torpaqlarının dərinliyində qurulacaq. Sərhəddəki təhlükəsizlik və sabitliyi artıracaq hər cür fəaliyyəti müsbət qarşılayarıq. Bu məsələdə koordinasiyanın artırılması üçün daha çox ikitərəfli dioloq qurulmasının tərəfdarıyıq. Sərhədin təhlükəsizliyi həm İran, həm Türkiyə üçün vacibdir və bununla əlaqədar hər iki ölkə tərəfindən lazımi səy göstərilməlidir”, - Qasimi qeyd edib.