Regionumuzun gələcəyində terror təşkilatlarına yer yoxdur – Ərdoğan

Suriya, İraq, Yəmən və Liviyadakı xaosu fürsətə çevirmək istəyənlər sonda məğlub olacaq

  • 18

Bakı, Nazilə Xaqani, İnteraz - 17 May 2017, 11:00

İŞİD başda olmaqla, regiondakı bütün terror təşkilatlarına qarşı ortaq mübarizə aparmağımız böyük əhəmiyyət kəsb edir.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-da səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ortaq gələcəyi təhlükə altına salan terror təşkilatlarına qarşı ayrıseçkilik etmədən mübarizə aparmaqda qərarlıdırlar.

“Regionumuzun gələcəyində terror təşkilatlarına yer yoxdur. Xüsusi ilə YPG/PYD terror təşkilatının hansı ölkə tərəfindən olursa olsun danışıqlarda tərəf olaraq qəbul edilməsi bu məsələdə qlobal səviyyədə əldə edilən müqaviləyə qətiyyən uyğun deyil. Eyni formada terror təşkilatıarının fəaliyyətlərini bəhanə edərək bölgənin inanc və etnik quruluşunu dəyişdirmək istəyənlərə də icazə verməməliyik. Suriya, İraq, Yəmən və Liviyadakı xaosu fürsətə çevirmək istəyənlər sonda məğlub olacaq. İki mütəffiqin həmrəylik və yaxın əməkdaşlığı əliqanlı cinayət şəbəkələrini məhv etmək üçün kifayətdir. Daha əvvəl də ifadə etdiyim kimi, cənab prezidentə 15 iyul hərbi çevrilişə cəhdini törətmiş FETO terror təşkilatı ilə bağlı gözləntilərimizi açıq şəkildə ifadə edəcəm”, - Ərdoğan qeyd edib.