Ayətullah Xamenei: Qeyri-sabit bir bölgədə seçkilərə hazırlaşırıq

Qeyri-qanuni bir iş görməyə çalışan bəzi şəxlər də ola bilər, amma bunlara qarşı diqqətli olunmalıdır

Bakı, Nazilə Xaqani, İnteraz - 17 May 2017, 12:23

İranın Semnan, Zəncan və Qəzvin şəhərlərinin müxtəlif təbəqələrdən olan əhalisi bu gün səıhər saatlarında Ali dini lider Ayətullah Seyid Əli Xamenei tərəfindən qəbul edilib.

İnterAz “MehrNews”a istinadən xəbər verir ki, İnqilab rəhbəri çıxışı zamanı regiondakı qeyri-sabitliyə diqqət çəkib.

“Yaşadığımız qeyri-sabit bir bölgədə İran İslam Respublikası güvənli və hüzur dolu bir şəraitdə seçkilərə hazırlaşır. Seçkilərə iki gün qalmış Allahın yardımı ilə ölkəmizdə sakit, hüzurlu və sabit bir şərait hakimdir. Bu çox dəyərli bir şeydir. 80 milyon əhalisi olan bir ölkədə belə coşğulu bir seçkinin hüzur içində keçirilməsinin qiymətini bilməliyik”, - Ayətullah Xamenei bildirib.

İnqilab rəhbəri bütün icra, araşdırma və təhlükəsizlik orqanlarının ciddi bir şəkildə işlədiyini də qeyd edib: “Aralarında yaranan koordinasiya ilə hərəkət edirlər. Qeyri-qanuni bir iş görməyə çalışan bəzi şəxlər də ola bilər, amma bunlara qarşı diqqətli olunmalıdır.” 

İslam İnqilabının rəhbəri İranın düşmənlərinə işarə edərək “Düşmənlərin qarşısında millət böyük bir əzmlə və özünə inamla təchiz olunmalıdır. Nizamı qorumaq çox vacibdir. Xalqımızın nizam və qanunlara bağlı qalmağı böyük əhəmiyyət kəsb edir. Bu təcrübə İrana qarşı olan bir çox ölkədə yoxdur. Seçkilərdə İran xalqına uyğun olmayan bəzi şeylər deyildi, amma millətin səhnəyə gəlməyi bütün bunları həll edəcək. Seçki günü İslam respublikası üçün xoşbəxtlik və həyəcan günüdür”, - deyib. 

İrandakı azad mühitə toxunan Ayətullah Xamenei “Allaha həmd olsun indi ölkəmizdə azad bir mühit var. Xalqımıza səs verərək prezidenti ilə şəhər idarəçilərini seçə bilmək imkanı verən azad bir mühit var. Bu çox dəyərlidir. Bölgəmizdə Amerika dəstəyi altında olan ölkələrin millətləri belə bir seçkinin həsrətini çəkir. Bir neçə insanın rəqabət apararaq xalq tərəfindən seçilə bilməyi onlar üçün böyük yuxuya çevrilib”, - deyə ifadə edib.