Bu gün İranda prezident seçkiləri keçirilir

İran prezidentliyinə 6 namizəd qeydə alınıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 09:13

İranda bu gün prezident seçkiləri keçirilir.

İnterAz-ın məlumatına görə, İran prezidentliyinə 6 namizəd qeydə alınmışdı: Mostafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Rəisi, Məhəmməd Baqir Qalibaf və Mostafa Haşemi Taba.

Daha sonra Məhəmməd Baqir Qalibaf İbrahim Rəisinin xeyrinə seçkilərdən geri çəkilib.

Qeyd edək ki, namizədlərdən hər hansi birinin seçicilərin səslərinin 50 faizindən artıq yığması seçkilərdə qalib gəlməsi üçün yetərlidir.

Ölkədə keçirilən prezident seçkilərində səs vermək üçün 63 mindən çox seçki məntəqəsi açılıb.

Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.