Nyu-Yorkda sürücü avtomobilini piyadaların üzərinə sürüb

Riçard Rojas bundan öncə də içkili avtomobil sürməyə görə iki dəfə həbs edilib

  • 8

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 10:37

Nyu-Yorkun Times meydanında sürücünün avtombilini piyadaların üzərinə sürməsi nəticəsində bir yeniyetmə vəfat edib, 22 nəfər yaralanıb.

İnterAz “BBC”ə istinadən xəbər verir ki, 26 yaşlı keçmiş hərbi dəniz donanmaçısı Riçard Rojas bundan öncə də içkili avtomobil sürməyə görə iki dəfə həbs edilib.



“AP”ə məlumat verən mənbənin sözlərinə görə, o ölməyi gözlədiyini deyib: “Siz mənə atəş açmalı idiniz. Mən onları öldürmək istəyirdim.”

Hadisə yerinə təcili tibbi yardım və polis işçiləri gəlib.