Sahibkarlıq üçün ən uyğun ölkələr

Sahibkarlığın vətəni olan Amerika, yeni fikir və innovativ düşüncə tərzini dəstəkləyən, sahibkarların ilk seçim etdikləri ölkələr arasındadır

  • 12

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 10:49

Öz işinizi qurmaq istəyirsiniz ancaq bəzi tərəddüdlərinizmi var? Ölkə sərhədlərinin xaricinə çıxmaq və sahibkarlığınızı həyata keçirmək üçün ən uyğun ölkələr siyahısına bir göz gəzdirin!

Yeni investisiyalara açıq olan, sahibkarların azad ruhunu oxşayan və asan həyat şərtləri ilə siyahıların ilk sıralarında sahibkarların ən çox seçim etdikləri ölkələri İnterAz sizə təqdim edir.

1. Amerika 

Sahibkarlığın vətəni olan Amerika, yeni fikir və innovativ düşüncə tərzini dəstəkləyən, sahibkarların ilk seçim etdikləri ölkələr arasındadır. Hər il dünyaya bir çox yeni müəssisə qazandıran Amerika, sərmayə dəstəyi və asan şəbəkə qurma üstünlüyü ilə də hər zaman öndə gedən ölkələrdən biri olacağı sözsüzdür.

 
2. Kanada

Amerika kimi Kanada da iş qüvvəsi və cəhdləri dəstəkləmə mövzusunda qabaqda gələn ölkələrdən biridir. Təhsilə və inovasiyaya əhəmiyyət verən Kanada, çox mədəni quruluşlu və təhsilli, iş gücü potensialına açıq olması ilə sahibkarlar üçün doğru bir infrastruktur imkanı təqdim edən ölkədir.

 

3. Avstraliya

İnkişaf etmiş ölkələr arasında əhəmiyyətli bir yeri olan Avstraliya, zəngin iqtisadiyyata sahib olan bir ölkə olaraq diqqəti cəlb edir. Sahibkarlar üçün cazibədar bir yerdir. 

 

4. Yaponiya

Xüsusilə texnoloji infrastrukturu ilə möcüzə bir təşəbbüskar ölkə olan Yaponiya, informasiya və texnologiya ölkəsidir.Zəngin məlumat şəbəkəsi ilə bu sahədə layihələri olan sahibkarların xəyallarını gerçəkləşdirir.

 

5. Almaniya

Almaniya son illərdə sahibkarlar ən çox seçdiyi ölkələrdən biri olmağı bacarıb. Mədəniyyətə çox əhəmiyyət verməsi və möhkəm infrastruktur imkanları ilə Almaniya sahibkarlara rahat bir investisiya və böyümə sahəsi təqdim edir.



6. İngiltərə

Yüksək təhsil səviyyəsinə sahib əhalisi olan İngiltərə son illərin təşəbbüskar cənnəti olan ölkələrindən biridir. Sahibkarların İlham ala biləcəyi və özlərini təkmilləşdirilməsi üçün ölkələrin siyasında İngiltərə də öndə gəlir.