İrandakı prezident seçkilərini diqqətlə izləyirik – Moqerini

İranla bəzi məsələlərdə xüsusi ilə nüvə sahəsində yaxın, qarşılıqlı əməkdaşlıq edirik

  • 16

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 10:50

İran regionda böyük rol oynadığına görə, bu ölkədəki prezident seçkiləri prosesini diqqətlə izləyirik.

İnterAz “MehrNews”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə Ali nümayəndəsi Federika Moqerini deyib.

Prezident seçkilərinin nəticələri haqqında hər hansı bir açıqlama verməyən Moqerini “İranla bəzi məsələlərdə xüsusi ilə nüvə sahəsində yaxın, qarşılıqlı əməkdaşlıq edirik”, - deyə ifadə edib.

Aİ-nin ali nümayəndəsi İranın bütün öhdəliklərinə sadiq qaldığının 5 dəfə Beynəlxalq Atom Enerjisi Qurumu tərəfindən təsdiq edildiyini qeyd edib.