İŞİD-in Deyr əz-Zora hücumu nəticəsində 3 mülki şəxs ölüb

İnsident nəticəsində daha üç nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib

  • 3

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 12:13

İŞİD terrorçuları Suriyanın Deyr əz-Zor şəhərinə raket hücumu edib.

İnterAz “SANA”ya istinadən xəbər verir ki, hücum nəticəsində 3 mülki şəxs ölüb. İnsident nəticəsində daha üç nəfər yaralanıb, evlərə ciddi ziyan dəyib.

Mayın 17-də KİV Suriya ordusunun 28 terrorçunu məhv etdiyini, 30-u yaraladığını yazmışdı.