Misir məhkəməsi “Müsəlman qardaşlar”ının səkkiz üzvünə edam hökmü verib

Onlar 2015-ci ildə polis bölməsinə hücumda ittiham edilib

  • 9

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 12:25

Misir cinayət məhkəməsi “Müsəlman qardaşlar”ın 8 üzvünü ölüm cəzasına məhkum edib.

İnterAz “Al-Ahram” qəzetinə istinadən xəbər verir ki, onlar 2015-ci ildə polis bölməsinə hücumda ittiham edilib.

M
üqəssir hesab edilən şəxslər 2015-ci ildə Damanxur şəhər polis şöbəsində hücum edərək bir asayiş keşikçilərindən birini yaralayıblar. Onlar həmçinin partlayıcı qurğu və silahlardan istifadə etməklədigər diversiya xarakterli cinayətlər törətməkdə ittiham olunurlar.