Venesuellada aksiyalar zamanı ölənlərin sayı 45-ə çatıb

25 yaşlı Paul Moreno aparıldığı xəstəxanada beyninə aldığı zədələr səbəbi ilə dünyasını dəyişib

  • 8

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 12:39

Venesuellanın şimal-qərbində mikroavtobusun üzərindən keçdiyi gənc adam vəfat edib.

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, bununla da ölənlərin sayı 45-ə çatıb.

25 yaşlı Paul Moreno aparıldığı xəstəxanada beyninə aldığı zədələr səbəbi ilə dünyasını dəyişib. 

Venesuellada iqtisadi və siyasi böhran ötən il daha da pisləşib. Aprelin əvvəlində başlayan etiraz aksiyalarında isə müxaliflər prezident Nikolas Maduronu ölkəni idarə edə bilməməkdə ittiham edir.