ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyaya zərbə endirməyi qəbuledilməzdir – Rusiya XİN

Bu İŞİD, yaxud Nusra Cəbhəsinə qarşı keçirilən əməliyyat deyildi

  • 5

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 12:49

ABŞ-ın rəhbərlik etdiyi kolaisiyanın Suriyaya hava zərbəsi endirməsi siyasi həll prosesinə təsir edir.  

İnterAz “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib.

“Suriyadakı vəziyyətin kəskinləşməyinə səbəb olan hər hansı hərbi fəaliyyət, xüsusi ilə Suriya silahlı qüvvələrinə qarşı törədilmiş hərəkətlər siyasi proses kursuna təsir edir”, - Qatilov bildirib.

O vurğulayıb ki, ötən gün koalisiyanın ət-Tanf şəhəri yaxınlığında həyata keçirdiyi hava zərbəsi tamamilə qəbuledilməzdir və Suriya suverenliyinin pozulmasıdır.

“Bu İŞİD, yaxud Nusra Cəbhəsinə qarşı keçirilən əməliyyat deyildi”, - nazir müavini qeyd edib.