Çində metan qazı səkkiz nəfərin ölümünə səbəb olub

Çində kanalizasiya təmizləyən 8 işçi metan qazı zəhərlənməsindən həyatını itirib

  • 12

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 14:56

Çində qorxunc hadisə baş verib. Metan qazı 8 nəfərin canını alıb.

Çində kanalizasiya təmizliyi edən 8 işçi metan qazı zəhərlənməsi nəticəsində həyatını itirib.

İnterAz-ın "Haber7"yə istinadən veridiyi xəbər görə, ölkənin şimal-şərqindəki Liaoning əyalətinə bağlı Dalien şəhərində olan bir qəsəbədə tıxanan kanalizasiyanın

təmizliyini edən işçilər metan qazından zəhərlənib.

Hadisədə səkkiz işçinin həyatını itirdiyi, ikisinin də xəstəxanada müalicə altına alıdığı bildirilir.

Səlahiyyətlilər hadisəyə bağlı istintaq başladıb.