Yəməndə vəba səbəbi ilə 209 nəfər dünyasını dəyişib

UNİCEF-in Yəmən üzrə nümayəndəsi vəba epidemiyasının sürətlə yayıldığını və bu istiqamətdə təcili tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 15:25

BMT Yəməndə vəbaya tutulanların sayının son həftələrdə 17 min 200 nəfər çatdığını və indiyə qədər 209 nəfər vəfat etdiyini açıqlayıb.

İnterAz xəbər verir ki, bu barədə UNİCEF tərəfindən edilən açıqlamada qeyd edilib.

UNİCEF-in Yəmən üzrə nümayəndəsi vəba epidemiyasının sürətlə yayıldığını və bu istiqamətdə təcili tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib.

Yəmən Səhiyyə nazirliyi paytaxt Sanada vəba epidemiyasının yayılmasını səbəb göstərərək fövqəladə hal elan etmişdi. BMT-nin məlumatına görə, vəbanın qeydə alındığı bölgələrdə ümumilikdə 7 milyon 600 min insan yaşayır.

BMT-nin məlumatına görə, ölkə miqyasında 14 milyon nəfər kifayət qədər qidalanmır və təxminən 10 milyon nəfər qida yardımına möhtacdır. Bu rəqəmlər ölkə əhalisinin üçdə ikisini təşkil edir.