İŞİD ABŞ-da terror aktları törətməyə çağırış edib

Terrorçu illüstrasiyalarda Las-Veqas, Nyu-York və Vaşinqton şəhərlərinin şəkillərini nümayiş etdirib

  • 9

Bakı, Ceyhun Nəzərov, İnteraz - 19 May 2017, 17:04

İŞİD-in ABŞ əsilli üzvünün Birləşmiş Ştatlar ərazisində teror hücumları törətməyə çağırış etdiyi video müraciəti yayılıb.

İnterAz-ın "NBC News"-a istinadla verdiyi xəbərə görə, terrorçu illüstrasiyalarda Las-Veqas, Nyu-York və Vaşinqton şəhərlərinin şəkillərini nümayiş etdirib.

O, həmçinin partlayıcı qurğu daşımağa qadir dronlar və məsafədən idarə edilən maşınlardan ibarət yeni silahları nümayiş etdirib.