İranda keçirilən prezident seçkilərində əsas rəqabət Həsən Ruhani və İbrahim Rəisi arasında gedir

Səslər gecə yarısı hesablanmağa başlayacaq və nəticələr 24 saat ərzində elan ediləcək

  • 12

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 17:41

İranda keçirilən prezident seçkiləri ilə əlaqədar “exit-poll”un nəticələrinə görə, seçkilərdə Seyid İbrahim Rəisi liderlik edir.

İnterAz “MehrNews”a istinadən xəbər verir ki, iki namizədin İsfahan, Şərqi Azərbaycan və Zəncanda bərabər sayda səs qazanacağı ehtimal edilir.

Səslər gecə yarısı hesablanmağa başlayacaq və nəticələr 24 saat ərzində elan ediləcək.