İranda prezident seçkilərinin vaxtı uzadılıb

Bu qərar yüksək seçici fəallığı ilə əlaqdar olaraq verilib

  • 12

Bakı, Nazilə Xaqani, İnteraz - 19 May 2017, 18:34

İranda prezident seçkilərinin vaxtı iki saat uzadılıb.

İnterAz “İRNA”ya istinadən xəbər verir ki, seçkilər yerli vaxtla saat səkkizdə başa çatacaq.

Bu qərar yüksək seçici fəallığı ilə əlaqdar olaraq verilib.

Qeyd edək ki, İranda səsvermə məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. 12-ci prezident seçkilərində beş namizəd mübarizə aparır.

Əhalinin aktivliyinin 70 faizdən çox olacağı gözlənilir. İranda 56 milyon 410 min nəfər səsvermə hüququna malikdir.