Səudiyyə Ərəbistanı şiələrin etnik təmizlənməsi siyasətini həyata keçirir

Səudiyyə Ərəbistanı “terrorizmlə mübarizə” bəhanəsi ilə krallığın şimal-şərqində yerləşən əl-Avami əhalisinə qarşı etnik təmizləmə cinayəti həyata keçirir

Bakı, Nazilə Xaqani, İnteraz - 08 Avqust 2017, 11:09

Amerikanın əsas ərəb mütəffiqi Səudiyyə Ərəbistanı əsasən şiələrin yaşadığı şəhərlərdə etnik təmizləmə siyasəti həyata keçirir və bu cinayətkar fəaliyyətlər qərb mətbuatı tərəfindən ört-basdır edilir.

İnterAz “politus.ru”ya istinadən xəbər verir ki, qərb mediasının nəzərləri Venesueladakı etiraz aksiyalarına çəkildiyi bir zamanda ABŞ-ın QHT-ləri tərəfindən Səudiyyədə geri dönülməz nəticələri olan faciə ABŞ QHT-ləri tərəfindən dəstəklənir və maliyyələşdirilir.

“Səudiyyə Ərəbistanı “terrorizmlə mübarizə” bəhanəsi ilə krallığın şimal-şərqində yerləşən əl-Avami əhalisinə qarşı etnik təmizləmə cinayəti həyata keçirir”, - Adam Qarrie yazır.

“Əl-Avami şiələrin məskunlaşdığı şəhərdir. Səudiyyə Ərəbistanının ekstremist konstitutsiyası şiələri üçüncü dərəcəli əhali sayır” – KİV qeyd edib.  

Heç bir sübut olmamasına baxmayaraq, Səudiyyə Ərəbistanı şəhər əhalisinin terrorçularla əlaqəli olmaqda ittiham edir. Bundan başqa krallıq iddia edir ki, əl-Avamiya kimi qədim şəhərlərin dar küçələrində asanlıqla barrikadalar qurula bilər, buna görə də dağıdılmalıdır: “Səudun Evi iddia edir ki, bu şəhərin şiə əhalisi İran və Bəhreynə sadiqdir, baxmayaraq ki, bununla bağlı sübutları yoxdur.”

Etnik təmizlənməyə cavab olaraq İran insan hüquqlarına hörmət etməyə çağırış edib və bildirib ki, heç vaxt heç kimə qanuni hakimiyyətə qarşı üsyan etməyə çağırış etməyib.

Səudiyyə Ərəbistanı hər zaman şiə əhalisinə qarşı sosial və iqtisadi sahədə vətəndaşlıq hüquqlarının məhdudlaşdırılması və ölüm cəzası ilə nəticələnən addımlar atır. 2016-cı ildə şiələrin hüquqlarını müdafiə edən nüfuzlu şiə din alimi Ayətullah Şeyx Baqir əl-Nimr həbs edilib, sonra isə əl-Avamdə edam edilib.