Şimali Koreya ABŞ hərbi bazalarının olduğu Guama hücum hazırlığında olduğunu açıqlayıb

Prezident Kim Çen Inın qərar verdiyi an planın həyata keçirilə biləcəyi qeyd edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 09 Avqust 2017, 11:24

Şimali Koreya Amerikanın Sakit okean ərazisi Guama zərbə planını diqqətlə araşdırır.

İnterAz xəbər verir ki, bunu Şimali Koreyanın rəsmi xəbər agentliyi “KCNA”ya ordunun sözçüsü məlumat verib.

BMT Təhlükəsizlik Şurasının sonuncu sanksiyalarından sonra reaksiyasını hər fürsətdə dilə gətirən Cənub-şərqi Asiya ölkələri asossasiyası (ASEAN) xarici işlər nazirləri iclasında nüvə silahını istifadə edəcəyi tək ölkənin ABŞ olduğunu açıqlayan Şimali Koreya bunun sadəcə sözdə olmayacağına işarə edən bir açıqlama edib.

“Guamdakı ABŞ bazası ətrafında “Hvasong-12” ballistik raketləri ilə mühasirə atəşi planının üzərində ciddi şəkildə dayanılıb”, - sözçü bildirib. O, prezident Kim Çen Inın qərar verdiyi an planın həyata keçirilə biləcəyini qeyd edib.

Sakit okeanında yerləşən və Şimali Koreyadan 3400 km uzaqlıqda yerləşən Guamda “Anderson” aviabazası yerləşir. Baza B-1 bombardamn təyyarələri tərəfindən Cənubi Koreya hava məkanındakı uçuşlardan sonra yanacaq doldurulması üçün istifadə edilir.