Müqtəda Sədr: Səudiyyə rəhbərliyi ilə bir sıra məsələdə ortaq məxrəcə gəlmişik

İraqda "Sədr" hərəkatı lideri Müqtəda Sədr Səudiyyə səfəri barədə danışıb.

Bakı, Oktay Quliyev, İnteraz - 11 Avqust 2017, 10:52

"Sədr" hərəkatı lideri Müqtəda Sədr bu yaxınlarda Səudiyyə Ərəbistanına etdiyi səfərin nəticələri barədə mətbuata açıqlama verib.

 

İnterAz-ın "Tasnim"ə istinadən verdiyi xəbərə görə, Müqtəda Sədr Səudiyyə Ərəbistana səfəri çərçivəsində bu ölkə rəhbərliyi ilə görüşündə bir sıra məsələdə ortaq məxrəcə gəldiklərini, bu məsələlərin bütün bölgədə tədricən sülhə nail olmaq üçün yardımçı ola biləcəyini deyib.

 

"Riyaz bölgədə öz gücünü göstərib, hər kəs üçün ata kimidir və bütün bölgədə sülh və əminamanlığın bərpasına çalışır" deyə Müqtəda Sədr bəyan edib. 

 

O, Bəşər Əsədin Suriya hakimiyyətindən getməsinin zəruri olduğunu və bunun Suriyada sülhə səbəb olacağını qeyd edib.

 

İraq xalq könnüllülərinin (Haşdi Şabi) ləğvinə dair verdiyi bəyanata toxunaraq deyib: "Ölkədə iki qoşunun varlığı yaxşı hal deyil. İraq təhlükəsizilik qüvvələri ilə Haşdi Şabi İraqın baş nazirinin və silahlı qüvvələri komandanlığı altına keçməyincə, ölkədə böyük problemlərə yol aça bilər".