Dünyanın ən kədərli toyu

Övlad toyunu görmək ata-ana üçün ən böyük istəklərdən biridir.

Bakı, Oktay Quliyev, İnteraz - 11 Avqust 2017, 11:40

Övladın böyüməsini, məktəbə getməsini, ailə quraraq xoşbəxt olmasını görmək hər bir valideynin arzusudur. Xüsusilə övlad toyunu görmək ata-ana üçün ən böyük istəklərdən biridir.

İnterAz-ın məlumatına görə, ABŞ-nın Kaliforniya sakini Cim Zetza, xərçəng xəstəliyindən əziyyət çəkib. O da bir ata kimi öz qızının toyunu görmək arzusunda olub. Lakin qızının hələ azyaşlı olması Cimin bu arzusunun tez bir zamanda reallaşdırmasına mane olub. Həkimlər Cim Zetzaya xəstəlik səbəbindən yaxın zamanda öləcəyini deyiblər. Buna görə də, Cim Zetza qızı üçün rəmzi olaraq toy mərasimi təşkil edib. Rəmzi toy mərasimində ata və qızı, həmçinin yaxınları göz yaşlarına hakim ola bilməyiblər.