Qüdsdə israillinin hücumu nəticəsində 4 fələstinli uşaq yaralanıb

Uşaqlara hücum edən şəxs onları yaraladıqdan sonra hadisə yerindən qaçıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 12:51

Qüdsdə İsrail sakinin hücumu nəticəsində 4 fələstinli uşaq yaralanıb. İnterAz-ın  “almasdarnews”a istinadən verdiyi xəbərə görə, insident Silvan şəhərinin əl-Ayn qəsəbəsində baş verib.

İsrailli sakin avtomobilini, nəqliyyat vasitəsinə daş atan  uşaqların üzərinə sürüb. Uşaqlara hücum edən şəxs onları yaraladıqdan sonra hadisə yerindən qaçıb.

İsrail polisinin məlumatına görə şübhəli şəxs qaçmağa təşəbbüs edərkən saxlanılıb, hazırda o polis bölməsində ifadə verir.