Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri hazır vəziyyətə gətirilib - senator

Buna səbəb Koreya Xalq Demokratik Respublikası ətrafında baş verən hadisələr göstərilməkdədir

Moskva, İqbal Rüstəmov, İnteraz - 11 Avqust 2017, 15:29

Rusiyanın Uzaq Şərq hissəsində Hava Hücumundan Müdafiə sistemləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Buna səbəb isə Koreya Xalq Demokratik Respublikası ətrafında baş verən hadisələr göstərilməkdədir.

“Rusiya Federasiyasının Uzaq şərq reqionlarının təhlükəsizliyinin təmin etmək üçün HHM sistemlərindən başqa, əlavə tədbirlər də görülməkdədir”.

İnterAz-ın məlumatına görə, bunu Rusiya mətbuatının verdiyi məlumata görə senator Viktor Ozerov deyib.

“HHM sistemlərimiz bu regionda hər zaman hazır vəziyyətdədir. Şimali Koreyadan – raketlərin ehtimal olunan buraxılma məntəqələri daimi nəzarətimizdədir. Məqsəd isə səhv etmək ehtimalının olduqca yüksək olduğunu nəzərə alsaq, ərazilərimizin təhlükəsizliyini təmin etməkdir”, - deyə Federasiya Şurasında müdafiə və təhlükəsizlik şöbəsinin keçmiş rəhbəri bildirib.

Senator, həmçinin Rusiya Federasiyası HHM sistemlərinin Amerika Birləşmiş Ştalarının Şimali Koreyaya qarşı qəti addımlar atmaqdan çəkindirdiyini də nəzərə çatdırıb.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası ətrafında baş verən hadisələrə rəsmi Moskvanın münasibəti çözümün hərbi yolla olmadığı istiqamətdədir.