Əl-Qaidə terror təşkilatı Suriyanın cənubunda yeni qüvvələrin səfərbərliyinə başlayıb

Qrupun buraxdığı broşuraya görə, onlar Suriyanın cənubundakı Dara'a və Əl-Quneitra quberniyasındakı yeni üzvlərini işə sövq edəcəklər

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 16:11

 Suriyanın Əl Qaidə təşkilatı Hayat Tahrir Əl-Şam, Suriyadakı cihad təşkilatına döyüşçülər cəlb etmək məqsədilə səfərbərliyə başlanıb.

İnterAz-ın "almasdarnews"a istinadən verdiyi xəbərə görə,  Qrupun buraxdığı broşuraya  görə, onlar Suriyanın cənubundakı Dara'a və Əl-Quneitra quberniyasındakı yeni üzvlərini işə sövq edəcəklər. Bu broşura xüsusilə gənclərin bölgədəki ciddi bir 'təhlükə' meydana gəldiyi üçün onların cihadlarına qatılmalarını tələb edir. Səfərbərlik  kampaniyasının bir neçə gün davam edəcəyi deyilir. Həyat Tahrir əl-Şam bu atəşkəsə qarşı çıxır və ölkədə sülhü təmin etmək üçün cihadından imtina etməyi rədd edir.