Beynəlxalq İnsan hüquqları təşkilatları Səudiyyə hökümətindən şiələrin edam edilməsini dayandırmağı tələb edir

Qəzet bu ölkədə şiələrin yaşadığı məntəqələrdə insan haqlarının ciddi şəkildə pozulmasına, onların açıq-aşkar ayrı seçkiliklə üzləşməsinə və hökümət tərəfindən etirazların vəhşicəsinə yatırılmasına toxunaraq Səudiyyə məhkəmə mexanizminin olmadığını yazıb.

Bakı, Oktay Quliyev, İnteraz - 11 Avqust 2017, 17:50

Son günlər Səudiyyə Ərəbistanında şiələrin edam edilməsinə Beynəlxalq təşkilatlardan etirazlar dayanmadan artmaqdadır.

İnterAz “Mehrnews”a istinadən xəbər verir ki, bəzi qərb mətbuatı, eləcə də Financial Times Beynəlxalq təşkilatlardan gələn etirazların bir neçəsinə öz səhifəsində işıqlandırıb. Belə ki, qəzetin yazdığına görə, Səudiyyə hökümətinin bu ölkə vətəndaşlarından 14 nəfərə edam hökmü verməsindən sonra Beynəlxalq təşkilatlar məsələyə etiraz edərək edam hökmünün ləğvini tələb ediblər. Daha sonra qəzet yazıda 14 nəfərin edama məhkum edilməsindən öncə də, bu ölkədə çox sayda şiələrin edama məhkum edilməsi hallarının baş verdiyini bildirib.

Həmçinin qəzetin yazdığına əsasən, Beynəlxalq insan haqları təşkilatlarının Səudiyyə hökümətinin dinc etirazçılara qarşı silah işlətməsini, onların terrorçuluq maddəsi ilə həbsə atılmasını sərt şəkildə tənqid etdiklərini vurğulayıb.

Sonda qəzet bu ölkədə şiələrin yaşadığı məntəqələrdə insan haqlarının ciddi şəkildə pozulmasına, onların açıq-aşkar ayrı seçkiliklə üzləşməsinə və hökümət tərəfindən etirazların vəhşicəsinə yatırılmasına toxunaraq Səudiyyə məhkəmə mexanizminin olmadığını yazıb.

Qeyd edək ki, indiyə qədər Səudiyyə Ərəbistanda edam olunanlar arasında nüfuzlu din xadimləri yer alıb. Ötən il Səudiyyə  höküməti tanınmış şiə ruhanisi Şeyx Nimr ən-Nimr haqqında çıxardığı ölüm hökmünü icra edib. O, terrorçuluq ittihamı ilə edam cəzasına məhkum edilmiş 47 nəfərdən biri olub.