Çində təbii fəlakət zamanı beş nəfər həyatını itirib

Təbii hadisə zamanı 50 nəfər xəsarət alıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 10:08

Çinin şimalındakı Daxili Monqolustan muxtar vilayətində 5 nəfər qasırğa  nəticəsində həyatını itirib.

İnterAz xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda həmçinin təbii hadisə zamanı 50 nəfərin də xəsarət aldığı bildirilib. Qasırğa yerli vaxtla cümə günü saat 16:00-da başlayıb.

Təbii hadisə bir neçə qəsəbəyə ciddi ziyan vurub, xeyli sayda yaşayış evi dağılıb.