Misirdə iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb

Hadisə nəticəsində 100-dən çox sərnişin yaralanıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 10:18

Qahirədən yola düşən qatar Port-Səid-İskəndəriyyə istiqamətində hərəkət edən və nasazlıq səbəbindən dayanmış qatara çırpılıb.

Misirin şimalında baş vermiş qəzanda ölənlərin sayı 49 nəfər həyaatını itirib. 100-dən çox sərnişin yaralanıb. 

İnterAz-ın məlumatına görə, hadisə yerinə 80-dək təcili tibbi yardım maşını və xilasedicilər cəlb edilib. 

Hadisə yerində qəzanın nəticələrini aradan qaldıran ağır texnika və xilasedicilər cəlb olunub.