Yəməndə baş verən silahlı toqquşmalarda 17 nəfər ölüb

Sutka ərzində Cauf əyalətində qeydə alınan döyüşlərdə 10 üsyançı husi və yeddi hərbçi ölüb, dördü yaralanıb

Bakı, , İnteraz - 12 Avqust 2017, 10:41

Yəməndə üsyançı husilər (“Ənsar Allah” hərəkatı) və hökumət qoşunları arasında qanlı toqquşmalar baş verib.

İnterAz-ın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, sutka ərzində Cauf əyalətində qeydə alınan döyüşlərdə 10 üsyançı husi və yeddi hərbçi ölüb, dördü yaralanıb.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdullah Salehini dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbih Mansur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.