ABŞ-da hicabı zorla çıxarılan qadına 85 min dollar təzminat ödənilib

Koliforniya ştatında hicab taxması nəticəsində dini ayrıseçkiliyə uğrayan müsəlman qadına 85 min dollar təzminat ödənilməsinə qərar verilib

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 11:02

 ABŞ-da olan qeyri-hökumət təşkilatları Amerikan-İslam Əlaqələri Şurasından  edilən açıqlamaya görə, keçən il hicabı polis tərəfindən zorla çıxarılan və dini ayrıseçkiliyə uğradığı üçün Long Beach Polis Departamentini məhkəməyə verən Kristi Povell adlı müsəlman qadın məhkəməni qazanıb.

İnterAz-ın məlumatına görə, Federal Məhkəmə Povülə 85 min dollar məbləğində təzminat ödənilməsinə qərar verib.