İŞİD və “Ceyş əl-islam” terrorçuları arasında şiddətli döyüşlər gedir

İŞİD kamikadzenin özünü partlatması nəticəsində “Ceyş əl-İslam” terrorçularından 25 nəfəri həlak olub

Bakı, Oktay Quliyev, İnteraz - 12 Avqust 2017, 11:10

Suriyanın Dəraa əyalətində İŞİD və “Ceyş əl-İslam” terrorçuları arasında şiddətli döyüşlər başlayıb.

İnterAz SANA-ya istinadən xəbər verir ki, Dəraanın Nəsib kəndində gedən döyüşlərdə “Ceyş əl-İslam” terrorçuları daha çox itki veriblər. Onlardan 30 nəfərin öldüyü, 50 nəfərin yaralandığı deyilir.

İŞİD kamikadzesinin özünü partlatması nəticəsində “Ceyş əl-İslam” terrorçularından 25-i ölüb.

Döyüşlərin hazırda davam etdiyi bildirilir.