Çin XİN: Çin, ABŞ və Şimali Koreya arasındakı gərginliyin azalmasına ümid edir

Tərəflər təzyiqi daha da artıracaq söz və hərəkətlərdən uzaq durmalıdırlar

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 11:24

Çinin XİN sözçüsü Ging Şuang Vaşinqton və  Pxenyan arasındakı qarşılıqlı sərt ifadələrin gərginliyi ilə bağlı yazılı açıqlama verib.  

Koreya yarımadasındakı mövcud vəziyyətin “həssas və qarışıq” olduğunu vuğulayan Gıng, tərəflərin təzyiqini daha da artıracaq söz və hərəkətlərdən qaçmalı olduqlarını bildirib.

“Çin, ABŞ və Şimali Koreya arasındakı gərginliyin azalmasına ümid edir” deyən Gıng, tərəflərin “qarşılıqlı güc göstərişi ilə gərginliyi davamlı yüksəltməyə son verməyini” istəyib.