Səudiyyə Ərəbistanının Avamiya şəhərindən 20 min nəfər qaçqın düşüb - hüquq müdafiəçisi

Onun sözlərinə görə qaçqın düşən 20 min nəfərin taleyi məlum deyil. Onlar sərgərdan halda qalıblar.

Bakı, Oktay Quliyev, İnteraz - 12 Avqust 2017, 11:31

Əslən Səudiyyə Ərəbistanından olan insan hüquqları müdafiəçisi Əmir Nimr ölkənin Avamiya şəhərində vəziyyətin faciəvi olduğunu və buradan 20 min nəfərin qaçqın düşdüyünü bildirib.

İnterAz-ın  “Al Alam”a istinadla verdiyi xəbərə görə, o, şiələrin yaşadıqları bu şəhərdən qaçqın düşənlərin taleyinin məlum olmadığını əlavə edib.

Əmir.Nimrin sözlərinə əsasən, Avamiyada insan hüquqlarının sərt şəkildə pozulması hallarına qarşı şəhər sakinləri 2011-ci ildən dinc etirazlara qalxıblar: "Səudiyyə Ərəbistanı hökuməti hər hansı bir tədbir görmək əvəzinə etirazçılara qarşı dəfələrlə odlu silahdan istifadə edib. Şəhərdə həbs dalğası başlayıb. Həbs olunanlar terrorçuluq maddəsi ilə edam ediliblər."