Rəsmi Vaşinqton Venesuelaya münasibətdə hərbi təsir variantını istisna etmir

Dünyanın bizə uzaq bölgələrində əsgərlərimiz var, lakin Venesuela uzaqda deyil

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 12:01

ABŞ prezidenti Donald Tramp bildirib ki, rəsmi Vaşinqton Venesuelaya münasibətdə hərbi təsir variantını istisna etmir.

Tramp,  “Dünyanın bizə uzaq bölgələrində əsgərlərimiz var, lakin Venesuela uzaqda deyil. Və insanlar (orada) əziyyət çəkir. Və ölür. Bizdə Venesuelaya münasibətdə çoxlu variantlar var, o cümlədən hərbi", - deyə bildirib.

Venesuelada bir müddətdir Dövlət başçısı Nikolas Maduro əlehinə protesto hərəkətləri reallaşdırıldı. Yüzlərlə insanın öldüyü ölkədə maduro höküməti ölkədəki hərəkətləri ABŞ-ın dəstəklədiyini bildirib.