Fransada meşə yanğınları nəticəsində 700-ə yaxın insan təxliyə edilib

Yanğınlar nəticəsində Fransa və Korsikada ümumilikdə 7 min hektar bitki örtüyü məhv olub

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 12:19

Fransanın Korsika adasında güclü meşə yanğınları davam edir. Yanğın səbəbindən 700-ə yaxın insan təxliyə edilib.

İnterAz-ın məlumatına görə, təxliyə olunanların əksəriyyətinin istirahət üçün adaya gəlmələr olduğu bildirilir.

Daha öncə yanğının Yuxarı Korsika Departamentində baş verdiyi və 70-100 hektar ərazini əhatə etdiyi barədə məlumat verilmişdi.

Qeyd edək ki, iyulun ortalarından başlayan yanğınlar nəticəsində Fransa və Korsikada ümumilikdə 7 min hektar bitki örtüyü məhv olub.