Suriyanın Suveyda əyaləti terrorçulardan tamamilə azad edilib

Suveydanın tamamilə terrorçulardan təmizlənməsi nəticəsində İordaniya sərhəddi bağlanıb.

Bakı, Oktay Quliyev, İnteraz - 12 Avqust 2017, 14:37

Suriya ordusu Suveyda əyalətini terrorçulardan azad etməklə İordaniya sərhəddini terrorçuların üzünə bağlayıb.

İnterAz “Mehr”ə istinadən xəbər verir ki, bu barədə Suriya ordu qüvvələri komandanlığından mətbuata açıqlama verilib. Komandanlıqdan verilən məlumata görə, ağır döyüşlərdən sonra Suveyda əyalətini terrorçulardan tamamilə təmizləyib.

Məlumatda həmçinin terrorçuların Suveyda əyalətinə yaxın İordaniya sərhədində yerləşən səhralıqdan gələn yardımlarla Suriya ordusuna qarşı döyüşdüyü deyilir. Suveydanın tamamilə terrorçulardan təmizlənməsi nəticəsində İordaniya sərhədinin bağlandığı deyilir.

Qeyd edək ki, ötən ayldarda Suriya ordu qüvvələri Suveyda əyalətində yerləşən yüksəklikləri terrorçulardan azad edə bilib.