Yəməndəki afrikalı köçkünlərin sayı 30 mini keçib

Yəmən qarşıdurmalara rəğmən hələ də köçkünlər üçün bir qurtuluş və dönüş nöqtəsidir

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 12 Avqust 2017, 14:37

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, 2017-ci ilin əvvəlindən bu yana Yəmənə gələn Afrikalı köçkün sayısnın 30 mini ötdüyünü bildirilib.

İnterAz-ın məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən edilən açıqlamada, Yəmənin qarşıdurmalara rəğmən hələ də köçkünlər üçün bir qurtuluş və dönüş nöqtəsi olduğunu vurğulayıb.

Açıqlmada, keçən il 117 mindən artıq köçkünün dəniz yolundan istifadə edərək gəldiyi ölkəyə ilin əvvəlindən bu yana 30 mindən artıq köçkünün gəldiyi bildirildi.

Qaçaqların təhlükəsizlik güclərini gördükdə köçkünlərin suyu keçməkdə əziyyət çəkdiyi barədə məlumat verilib.

Efiopiya və Somali başını Afrika ölkərindən Yəmənə gələn köçkünlər burada 6 ay ilə 1 il arası qalıb sonra Səudiyyə Ərəbistanına keçməyə başlayırlar.  Bəziləri isə Yəməndə qalmağı üstün tuturlar.