İran parlamenti bir nəfər istisna olmaqla yeni kabinetin bütün üzvlərini təsdiqləyib

İran İslam Şurası Məclisinin sədri Əli Laricani etimad səslərin nəcitəcələrini açıqlayıb.

Bakı, Oktay Quliyev, İnteraz - 20 Avqust 2017, 19:26

İran İslam Respublikası Prezidentinin təklif etdiyi 17 nazirdən 16-sı  səs toplayıb.

İnterAz “Tabnak”a istinadən xəbər verir ki, Həsən Ruhani növbəti dəfə prezident seçildikdən və inauqurasiya mərasimindən sonra öz kabinet üzvlərinin siyahısını təqdim etmişdi. Iki həftə sürən müzakirələrdən sonra bu gün İran İslam Şurası Məclisinin üzvlər Həsən Ruhaninin təklif etdiyi nazirlərdən Həbibullah Bitərəf istisna olmaqla bütün nazirlərə etimad səsi veriblər.

Həbibullah Bitərəf energetika naziri olmaq üçün etimad səsi qazana bilməyib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani etimad səslərin nəcitəcələrini açıqlayıb.

Beləliklə, Məhəmməd Cavad Azəri 152 səs toplamaqla Rabitə və informasiya texnologiyaları naziri,

Seyid Mahmud Ələvi 252 səslə Kəşfiyyat naziri,

Məsud Kərbasian 240 səslə İqtisadiyyat və maliyyə naziri,

Məhəmməd Cavad Zərif  236 səslə Xarici işlər naziri,

Məhəmməd Əbtəhi 238 səslə Təhsil naziri,

Seyid Həsən Qazizadə Haşimi 253 səslə Səhiyyə naziri,

Əli Rabeyi 191 səslə Əməkdaşlıq, əmək və sosial rifah naziri,

Əli Hoccati 164 səslə Kənd təsərrüfatı naziri,

Seyid Əlirza Avayi 244 səslə Ədliyyə naziri,

Əmir Hatəmi 261 səslə Müdafiə naziri,

Abbas Axundi 188 səslə Yol və şəhərsalma naziri,

Məhəmməd Şəriətmədari 241 səs toplamaqla Sənaye, mədən və ticarət naziri,

Seyid Abbas Salehi 242 səslə Mədəniyyət və İslami irşad naziri,

Əbdül Rza Rəhmani 250 səslə Daxili işlər naziri,

Bijan Namdar Zangenah 230 səslə Neft naziri,

 

Məsud Soltanifar  225 səs toplamaqla Gənclər və idman naziri kimi fəaliyyət göstərəcəklər.