Raket proqramı müəyyən edilmiş plan çərçivəsində irəliləyəcək - İranın yeni müdafiə naziri

Bəzi ölkələr İranın raket proqramı ilə bağlı təzyiq göstərməyə çalışır, ancaq bu mövzuda heç bir şəkildə güzəştə gedilməyəcək

Bakı, , İnteraz - 21 Avqust 2017, 13:08

İranın yeni müdafiə naziri general Əmir Hatəmi raket proqramının müəyyən edilmiş plan çərçivəsində irəliləyəcəyini bildirib.

Bu barədə İnterAz “Mehrnews”ə istinadla xəbər verir.

İranın yeni Nazirlər Kabineti iclasından sonra jurnalistlərə açıqlama verən Hatəmi deyib: "Vəzifəyə başladığımız ilk anlardan İran xalqının təhlükəsizliyini təmin edə biləcək müdafiə gücünün inkişaf etdirilməsi üçün səy göstərməliyik.

Müdafiə Nazirliyinin mütəxəssisləri, elm adamları və işçilərlə birgə fasiləsiz şəkildə bu mövzu üzərində işləməyə davam edəcəyik.

Bəzi ölkələr İranın raket proqramı ilə bağlı təzyiq göstərməyə çalışır, ancaq bu mövzuda heç bir şəkildə güzəştə gedilməyəcək!"