AB ölkələri Suriya və İraqda məğlub olan İŞİD terrorçularının Avropaya qayıtmasından narahatdır

Müxtəlif ölkələrdən 27 min nəfər Suriya və İraqda İŞİD-ə qoşulub ki, bunlardan 7 min nəfəri AB ölkələri vətəndaşlarıdır.

Baku, Oktay Quliyev, İnteraz - 23 Avqust 2017, 13:06

Son vaxtlar  Suriya və İraqda məlubiyyətə uğrayan,  Avropa vətəndaşlığı daşıyan İŞİD terrorçuları öz ölkələrinə qayıdırlar.

İnterAz MehrNews-a istinadən xəbər verir ki, Suriya və İraqda İŞİD  son vaxtlar böyük əraziləri itirdiklərindən və ağır zərbə aldıqlarından, terror qruplaşmasının Avropalı üzvləri öz ölkələrinə, Avropaya qayıtmağa başlayıblar. Onların bu addımı Avropa Birliyi ölkələri vətəndaşlarını qorxuya salıb.

Bir çox media qurumları vətəndaşların bu məsələdən narahatlığını əks etdirən görüntüləri yayımlayır. Siyasi expertlər dövlət başçılarını həyəcan təbili çalmağa və ciddi addımlar atmağa çağırırlar.

Teleqraf  qəzetinin yaydığı məlumata görə, müxtəlif ölkələrdən 27 min nəfər Suriya və İraqda İŞİD-ə qoşulub ki, bunlardan 7 min nəfəri AB ölkələri vətəndaşlarıdır.  Bu rəqəmin ciddi bir rəqəm olduğunu bildirən expertlər onların Avropaya qayıtmasından nigaran olduqlarını deyiblər.

Avropa terrorizmlə mübarizə idarəsi bu haqda bəyanat yayıb. Bəyanatda Avropalı İŞİD terrorçularının öz ölkələrinə geri dönüşü böyük təhlükə adlandırılaraq, AB ölkələrində terror aktlarının artacağı bildirilib.

Böyük Britaniyaniyanın sabiq Milli Təhlükəsizlik Naziri Lord Evans İngiltərə Dövlət radiosuna verdiyi müsahibədə Avropa Birliyi ölkələridə bundan belə 30 il İŞİD təhlükəsi olacağını bildirib.

 “Terrorçular ailələri ilə Suriya və İraqdadırlar. Onların övladları da potensial təhlükəyə çevrilib. Terrorçu ailəsində böyüyən və tərbiyə alan övladların yeniyetmə çağlarında hansı təhlükə doğuracaqlarını təxmin etmək çətin deyil. Onların öz ölkələrinə qayıtması o deməkdir ki, biz bundan belə 30 il terror təhlükəsi ilə üz-üzəyik.” deyə Lord Evans bildirib.

O, sözlərinə əlavə edərək bildirib ki, son bir neçə ildə Avropaya qayıdan İŞİD üzvlərinin bu ölkələrdə törətdiyi terror aktları nəticəsində təkcə ölənlərin sayı min nəfəri ötüb. L.Evans sonda vətəndaşları çox ehtiyatlı olmağa, azyaşlı və yeniyetmələrin internetdən istifadə zamanı onlara nəzarəti gücləndirməyi tövsiyə edib.

AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə nümayəndələrindən olan Mark Lukas məsələyə münasibət bildirərkən deyib: “İŞİD Suriya və İraqda məğlubiyyətə uğrayandan sonra Avopaya istiqamət alıb. Onlar silah və partlayıcı maddə olmadan belə, ağır yüklü maşınları insanların üzərinə sürməklə terror aktları törədirlər. Belə ki, bu gün artıq Avropalı vətəndaşlar qoxu içindədir. Onlar yoldan ötərkən iri həcmli nəqliyyat vasitələri sürücülərini terrorçu hesab edirlər."