Türkiyə rəhbəri Myanmarın dövlət müşaviri ilə telefon danışığı keçirib

Onlar mövcud böhranın necə həll edilə biləcəyi və insanlara humanitar yardımın çatdırılmasını müzakirə edib

Bakı, Nazilə Xaqani, İnteraz - 05 Sentyabr 2017, 14:09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Myanmar dövlət müşaviri Aun San Su Çji arasında telefon danışığı olub.

İnterAz “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğan söhbət zamanı rohinca müsəlmanlarına qarşı insan hüquqlarının pozulması hallarının artmasını, başda İslam ölkələri olmaqla bütün dünyada dərin narahatlığa səbəb olduğunu vurğulayıb.

Məəslə ilə bağlı fikir mübadiləsi aparan Ərdoğan və Çji mövcud böhranın necə həll edilə biləcəyi və insanlara humanitar yardımın çatdırılmasını müzakirə edib.

Türkiyənin terroru da, günahsız insanları hədəfə alan əməliyyatları da qınadığını xatırladan Ərdoğan hadisələrin ciddi humanitar böhrana çevrilməsinin narahatlığa səbəb olduğuna diqqət çəkib.

Ərdoğan Türkiyənin problemin həlli ilə bağlı səyləri dəstəklədiyinə, bu müddətdə gücdən istifadə edilməməsini və mülki şəxslərin zərər görməməsi üçün həssaslıq göstərilməsinin vacibliyinə diqqət çəkib.

Ərdoğan BMT baş katibi Antonio Quterreş və Banqladeş prezidenti Abdul Hamidlə Myanmada yaşanan böhranla bağlı apardığı danışıqları da xatırladıb.